Taliban sülh şərtini açıqladı: ABŞ ölkədən çıxsın
06.01.2019
Taliban əfqan hökuməti ilə sülh danışıqları üçün ilkin şərtini açıqlayıb.
"Dövran Media" xəbər verir ki, bu barədə qruplaşmanın sözçüsü Zabihullah Mücahid danışıb.
Mücahid danışıqlara başlamaq üçün ilkin şərtlərinin ABŞ-ın Əfqanıstandan çıxması olduğunu bildirib.
"ABŞ-ın təsiri altında olan hakimiyyətlə görüşməyin heç bir anlamı yoxdur”, - Taliban sözçüsü qeyd edib.