Maduro parlamentdə and içməyəcək
06.01.2019
Yanvarın 10-da Venesuelada yeni prezidentlik müddətinə başlamalı olan Nikolas Maduromüxalifətyönlü parlament qarşısında deyil, ölkənin Ali Məhkəməsində and içəcək.
"Dövran Media" bildirir ki, "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu şənbə günü Milli Təsisat Məclisinin rəhbəri Diosdado Kabelyo deyib.
"Onlar (parlament) konstitusiya və hakimiyyətin digər qollarına hörmətsizlik etdikdən sonra öz legitimliliklərini itiriblər", - "Nacional" portalı onun sözlərini sitat gətirib.