Çakır haqqında prokurorluq istintaq başlatdı - SƏBƏB
06.01.2019
Aktrisa Dəniz Çakırın getdiyi bir kafedə hicablı qadınları təhqir etdiyi haqda iddialar yayılıb.
"Dövran Media" xəbər verir ki, aktrisa həmin an sərxoş olub.
Çakır yanındakı stolda oturan 6 hicablı qadına "Bura ərəbistandır? Nə gəzirsiniz burada”, sözlərini deyib.
Sonradan onun yaxınları yayılan iddiaların yalan olduğu barədə açıqlama verib.
Lakin artıq İstanbul Prokurorluğu Dəniz Çakırla bağlı istintaqa başlayıb.