Ermənilərin Avropada keçirdiyi tədbir iflasa uğradılıb
28.02.2018
Fevralın 27-də erməni diaspor təşkilatlarının Avropa Parlamentində keçirdiyi tədbir azərbaycanlı gənclərin səyləri nəticəsində iflasa uğradılıb.
Tədbirdə erməni millətçiləri və işğalçı rejimin təmsilçiləri ilə birgə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etmiş Avropa Parlamentinin deputatı Lars Adaktusson, tanınmış ermənipərəst S. Markedonov və digər bu kimi şəxslər iştirak ediblər.
Tədbir zamanı çıxışçılara etiraz əlaməti olaraq, azərbaycanlı gənclər "Xocalıya ədalət” şüarının əks olunduğunu plakat qaldırıblar. Tədbirin təşkilatçıları Azərbaycanlı gənclərə hücum çəkərək kobudcasına plakatı onların əllərindən almağa çalışıb, çaxnaşma yaradıblar.
Zalda olan azərbaycanlı gənclərin çıxışlarında Xocalı soyqırımını törətmiş, azərbaycanlılara qarşı etnik təmizləmə aparmış Ermənistanın münaqişədə işğalçı mövqeyi ifşa edilib, bu səpgidə suallar ünvanlandırılıb. Tədbirin gedişatının ermənilərin nəzarətindən çıxdığını görən təşkilatçılar hətta onun sosial şəbəkələr vasitəsilə canlı yayımını dayandırmağa məcbur olublar.
Beləliklə, erməni diasporunun Avropa Parlamentinin binasında keçirilmiş yığıncağını beynəlxalq konfrans kimi təqdim etmək cəhdləri Azərbaycan gənclərinin səyi sayəsində iflasa uğrayıb.
"DM"