İran ABŞ-ın sanksiya təhdidlərinə məhəl qoymadı
05.01.2019
İran 3 yeni peykini uğurla sınaqdan keçirib.
"Dövran Media" xəbər verir ki, bunu İranın İnformasiya və Elm Texnologiyaları naziri Cavad Azəri Cehromi şəxsi Tvitter hesabında yazıb. Peyklərin tamamilə yerli istehsal olduğunu deyən nazir nə vaxt kosmosa buraxılacağını açıqlamayıb.
Qeyd edək ki, rəsmi Tehran bundan əvvəl peyk daşıyan raketlərini kosmosa buraxmağı planlaşdırdığını açıqlayıb. ABŞ Dövlət katibi Mayk Pompeo isə peyklərin kosmosa buraxılacağı halda İrana iqtisadi və dipolmatik sanksiya tətbiq ediləcəyini söyləyib.