21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Dəniz quldurları rusları girov götürdü

05.01.2019

Yanvarın 1-də dəniz quldurları Qvineya körfəzində "MSC Mandy” adlı konteyner daşıyan gəminin altı heyət üzvünü girov götürüb. Girov götürülənlərin hamısı ruslardır.
"Dövran Media" bildirir ki, bu, "Rosmorreçflot” xilasetmə-koordinasiya mərkəzindən "RİA Novosti”yə verilən məlumatlar əsasında məlum olub.
Qeyd olunur ki, Panama bayrağı altında üzən "MSC MANDY” gəmisində 24 heyət üzvü olub ki, onlardan da 23-ü Rusiya, biri isə Ukrayna vətəndaşıdır.
Gəmiyə odlu və soyuq silahlarla silahlanmış doqquz nəfər hücum edib. Dəniz quldurları gəmini talan ediblər.
İki saat sonra onlar gəmini tərk edərək altı nəfər heyət üzvünü də özləri ilə girov götürüblər. Bütün əsir götürülənlər Rusiya vətəndaşlarıdır (kapitan, kapitanın baş köməkçisi, kapitanın üçüncü köməkçisi, bosman, qaynaqçı və aşbaz). Qalan 18 nəfər heyət üzvü arasında yaralananlar yoxdur.
Əsir götürülmüş ekipaj üzvlərinin azad edilməsi məsələsi ilə Nigeriya və Benində yerləşən konsulluq şöbələri məşğuldur.
"Marinetraffic” saytının məlumatlarına əsasən, hazırda "MSC Mandy” gəmisi Qvineya körfəzində lövbər salıb.