ABŞ daha bir ölkədə hərbi mövcudluğunu azaldır
05.01.2019
ABŞ Müdafiə Nazirliyi Somali öz hərbi mövcudluğunu azaltmağı planlaşdırır.
"Dövran Media" xəbər verir ki, bu barədə NBC televiziyası məlumat yayıb.
ABŞ həmçinin Əş-Şabab terrorçu qruplaşmasına endirdiyi aviazərbələrin də sayını azaltmaq niyyətindədir. Vaşinqtonun bu addımı Əş-Şababın artıq ABŞ milli təhlükəsizliyinə birbaşa təhdid yaratmamasıyla əlaqədar atdığı vurğulanıb.
Qeyd edək ki, hazırda ABŞ-ın Somalidə 500 hərbçisi var.