ABŞ bu ərazilərin idarəçiliyini Türkiyəyə verəcək - RAZILIQ
05.01.2019
Türkiyə hökuməti İŞİD-in nəzarətindən azad edilmiş ərazilərin idarəsiylə məşğul olacaq.
"Dövran Media" xəbər verir ki, bu barədə "Vaşinqton Post” qəzeti məlumat yayıb.
Bildirilib ki, ABŞ-la Türkiyə arasında bu razılıq 14 dekabrda Ərdoğanla Trampın telefon danışığı zamanı əldə olunub. Razılığa əsasən, Türkiyə İŞİD-lə Suriyada mübarizəyə görə məsuliyyəti üzərinə götürməli və terror təşkilatından azad edilən ərazilərin idarəsiylə məşğul olmalıdır:
"Ankara istəyir ki, Vaşinqton Suriyada kürd hərbi birliklərini silahsızlaşdırsın. Türkiyə həmçinin ABŞ-dan istəyir ki, türk hərbçilərinə və Suriya müxalifətinə aviasiya və maddi-texniki dəstək verilsin”.