Qənirə Paşayevaya fəxri doktor adı verildi
27.02.2018
Millət vəkili Qənirə Paşayeva Kastamonu Universitetinin fəxri doktoru adına layiq görülüb.
"Dövran Media" xəbər verir ki, universitetin rektoru Seyid Aydın millət vəkilinin Azərbaycan-Türkiyə qardaşlığının daha da güclənməsi, türk dünyasının birliyi istiqamətində fəaliyyətlərindən danışaraq onu universitet senatının qərarı ilə fəxri doktor adına layiq gördüklərini deyib.
Q.Paşayeva bu etimadı doğrultmaq üçün bundan sonra da hər zaman çalışacağını bildirib.
Millət vəkili görüş zamanı Azərbaycan, Azərbaycan-Türkiyə münasibətləri, Qarabağ həqiqətləri ilə bağlı universitetdə tədbirlərin artırılmasının vacibliyini xüsusilə qeyd edib.
Görüşdə Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı geniş məlumatlar verilib, bu istiqamətdə fikir mübadiləsi aparılıb.
Millət vəkili həmçinin Kastamonuda yaşayan və təhsil alan azərbaycanlılarla da görüşüb.
Deputat Azərbaycanın və Qarabağ həqiqətlərinin bu vilayətdə təbliği istiqamətində onların üzərinə böyük vəzifələr düşdüyünü bildirib.