21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Dünyanın ən təhlükəli smartfonları - Siyahı

05.01.2019

ABŞ Federal agentliyinin mütəxəssisləri ən təhlükəli smartfonların siyahısını hazırlayıb. Siyahıya 18 modeldən olan mobil cihazlar daxildir. "Anti-reytinqdə” yer alan smartfonlar ən yüksək SAR-şüalanma (insan orqanizminin bir saniyəyə elektromaqnit enerjinin udma nisbəti) göstəricisinə malikdir.
"Dövran Media" xəbər verir ki, bu haqda "Life.ru” məlumat yayıb.
"Anti-reytinqdə” birinci yerdə Quql ("Google”) şirkətinin istehsal etdiyi "Piksel 3XL" ("Pixel 3 XL”) smartfonu gəlir.
Sözügedən smartfonda elektron maqnit şüalanmanın insanın baş nayihəsinə təsiri ilə bağlı xüsusi mütənasib səviyyəsi 1,35 Vt/kq, bədənin qalan hissələrinə təsir səviyyəsi isə 1,52 Vt/kq təşkil edir (maksimal göstəriciyə əsasən).
İkinci yerdə "Quql Piksel 3" ("Google Pixel 3”) (1,34 Vt/kq), üçüncü yerdə isə "Van Plus" ("OnePlus”) qaceti gəlir.
Ardıcıl olaraq siyahıda "LG V40”, "Ayfon XS"("iPhone XS Max”) və XS smartfonları öz yerlərini tutur. Onların SAR-şüalandırma göstəriciləri kritik səviyyədə olmasa belə, normadan kifayət qədər yüksəkdir.
Əpl, Quql və Samsunqun ("Apple”, "Google” və "Samsung”) yeni modelləri də şüalanmanın insan orqanizminə təsiri baxımından siyahıda yuxarı pillələrdə mövqe tutur.