Putin və Netanyahu Suriya məsələsini müzakirə etdi
04.01.2019
Rusiya Prezidenti Vladimir Putinlə İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.
"Dövran Media" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti informasiya yayıb.
Liderlərin telefon söhbətində əsas mövzu ABŞ-ın qoşunlarını Suriyadan çıxarmaq qərarından sonra bu ölkədəki mövcud vəziyyət olub.