Yenidən reanimasiyaya yerləşdirildi
04.01.2019
Şoumen Mehmet Ali Erbil yenidən reanimasiyaya yerləşdirilib.
"Dövran Media"nın xarici KİV-ə istinadən xəbərinə görə, bu barədə aparıcının bacısı məlumat verib:
"Erbil süni nəfəs aparatından ayrılmışdı. Müalicəsi davam edirdi. Yanvarın ilk günü yenidən problemlər yarandığı üçün aparata qoşuldu. Bu barədə daha tez xəbər verə bilərdik. Sadəcə düşündük ki, düzələr.
Hazırda ətrafda baş verənləri hiss edir. Bu dəfə əvvəlkilər kimi deyil. Daha tez düzələcəyinə ümid edirik”.