21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Əli Həsənov - “Türk olmaq üzərimizə öhdəlik qoyur”

27.02.2018

Dövlətimizin inkişafını, o cümlədən xarici ölkələrdəki diasporların qarşısına qoyulan vəzifələrin aktuallığını nəzərə alsaq, düşünürəm ki, bu qurultay tam vaxtında keçirilir. Qurultay növbədənkənar olsa belə, Avropa Azərbaycanlıları da keçən dövrə yekun vurmaq və qarşıda duran yeni vəzifələri müəyyən etmək anlamında bu gün üçün məqbul vaxt seçiblər.
"Dövran Media" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov fevralın 27-də Amsterdamda öz işinə başlayan Avropa Azərbaycanlıları Konqresinin (AAK) növbədənkənar qurultayındakı çıxışında deyib.
Ə.Həsənov 26 fevral tarixində Amsterdamda təşkil edilən Xocalı ilə bağlı rekviyemə toxunaraq, soyqırım haqda məlumat verib və bu qətliam nəticəsində şəhid olanların ruhuna rəhmət diləyib:
"Xocalı soyqırımı bir günün hadisəsi deyil. Ermənilərin azərbaycanılara qarşı soyqırım siyasətinin 100 ildən artıq yaşı var.
Ermənilər rusların onlara göstərdiyi dəstəkdən istifadə edərək, 20-ci əsrin əvvəllərindən başlayaraq, Cənubi Qafqazda, yəni azərbaycanlıların əzəli torpaqlarında öz dövlətlərini qurmaq işinə başlayıblar. Bu proses azərbaycanlıların öz doğma torpaqlarından kütləvi şəkildə qovulması, vəhşicəsinə öldürülməsi, qətlə yetirilməsi və yaşadıqları evlərin dağıdılması ilə müşahidə olunub. 1905-07-ci illərdə ermənilər Cənubi Qafqazda, Yuxarı Qarabağ, Naxçıvan və Zəngəzur bölgəsində onminlərlə azərbaycanlını, türkü qətlə yetirib, onları öz doğma yurd-yuvalarından didərgin salıblar. 1918-21-ci illərdə, SSRİ-nin yaranması ərəfəsində ermənilər yenidən fəallaşmış, adını çəkdiyimiz torpaqlarda yüz minə qədər azərbaycanlını qısa müddətdə qətlə yetirmişlər./axar.az/