21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Hakerlər siyasətçilərdə sirr qoymadı

04.01.2019

Hakerlər yüzlərlə alman siyasətçiyə aid məlumatları internetdə paylaşıblar.
"Dövran Media" xəbər verir ki, bu barədə "Rbb İnforadio” radiostansiyası informasiya yayıb.
Məlumata görə, hakerlər Tvitterdə alman siyasətçilərə aid telefon nömrələri, ünvanlar, həmçinin partiyadaxili sənədləri yayıblar. Bundan əlavə hakerlər bir sıra siyasətçilərin şəxsiyyət vəsiqələrinin surətini, ailə üzvlərinin kredit kartlarına dair informasiya və yaxınları ilə yazışmalarını da internetə yükləyib.
Hücum Bundestaqda təmsil olunan bütün partiyaları əhatə edib.
Hazırda kiber-hücumun arxasında hansı dəstənin dayandığı məlum deyil. Məlumatların dərc olunduğu sosial şəbəkə hesabı 16 mindən çox izləyiciyə sahib olub. Hesab operatoru Hamburqda yerləşən internet-platformasına məxsusdur.