21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Bakıda bu yol yenə çökdü - Rəsmi AÇIQLAMA

03.01.2019

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti bakının Nobel prospektində çökən yolla bağlı araşdırmalara başlayıb.
"Dövran Media" xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
O bildirib ki, həmin ərazidə baş vermiş çökmə su və kanalizasiya xətləri ilə bağlı deyil: "Yolun çökməsi "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin su və kanalizasiya xətlərindəki sızmalarla bağlı deyil. Hal-hazırda bizim iki qrupdan ibarət mütəxəssislərimiz orada işləyirlər. Onlardan biri georadar qrupudur. Həmin qrup torpağın altında yeraltı suların səviyyəsini və qruntun tərkibini öyrənməklə məşğuldur.
İkinci qrup isə orada torpağın 24 metr dərinliyindən keçən "Sahil" kollektorunun quyusuna daxil olub həmin quyunu inyeksiya edirlər ki, kənardan qrunt suları həmin quyuya daxil olmasın. Çünki qrunt suları kənardan suya daxil olanda özü ilə torpağı yuyub gətirir və torpağın da yuyulması hesabına çökmələr yarana bilər. Bunlar da, sadəcə, ehtimaldır. Bizim mütəxəssislər Nobel prospektindən keçən su və kanalizasiya xətlərini yoxlayıblar və heç bir axıntı müşahidə olunmayıb. Əksinə, kənardan qrunt sularının bizim kollektora axıntısı var ki, bunun da hesabına ərazidəki torpağın çökməsi ola bilər".
Xatırladaq ki, ötən ay paytaxtın Nobel prospektində, "Azərneftyağ" neft emalı zavodunun qarşısındakı yolda çökmə hadisəsi baş verib. Hadisəyə su sızmasının səbəb olması bildirilirdi.
Qeyd edək ki, Nobel prospektində "Azərneftyağ" neft emalı zavodunun qarşısında yaranan çökmə 2014-cü ildə də baş vermişdi. Yolun alt hissəsindən keçən, eni 1860 mm olan kanalizasiya kollektorunun sızması nəticəsində yolun əsası və torpaq yatağı yuyulub və bununla da asfalt-beton örtüyü tamamilə çökmüşdü.