Türkiyə Suriya sərhədinə hərbi texnika göndərdi
01.01.2019
Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi maşınlar Suriya ilə sərhəddə yerləşən Şanlıurfa rayonuna çatıb.
"Dövran Media" xəbər verir ki, sərhəddəki qüvvələrə dəstək məqsədilə göndərilən kortejdə haubitsalar, zirehli maşınlar və silah-sursat yüklənmiş TIR-lar yer alıb.
Qüvvələrin bir qismi isə Mardinə göndərilib.