“Əsrin müqaviləsi”ni qəbul etməyəcəyik - Abbas
01.01.2019
Fələstinlilər "Əsrin müqaviləsi” layihəsini heç bir halda qəbul etməyəcək.
"Dövran Media" xəbər verir ki, bunu Fələstin Prezidenti Mahmud Abbas Qurtuluş Hərəkatının 54-cü ildönümü ilə bağlı keçirilən mərasimdə çıxış edərkən deyib.
O, Qəzzada FQH-nin simvolu olan məşəlin yandırılmasına əngəl olan şəxslərin kimliyindən asılı olmayaraq milli sıralardan olmadığını söyləyib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İsrail-Fələstin münaqişəsinin həlli üçün "Əsrin müqaviləsi” layihəsini irəli sürüb. Səudiyyə Ərəbistanı, BƏƏ və Misirin dəstəklədiyi layihənin şərtlərinə görə Fələstin tamamilə Qüdsdən əl çəkməklə yanaşı, fələstinlilərin əleyhinə bir sıra müddəlar qeyd olunub.