Amerikalılar ən çox onun heyranıdır
29.12.2018
ABŞ-ın sabiq prezidenti Barak Obamanın həyat yoldaşı ən çox sevilən qadın olub.
"Dövran Media" bildirir ki, "Gallup" şirkəti tərəfindən təşkil olunan sorğuda ən çox sevilən qadın Mişel Obama olub. Şirkətin məlumatında qeyd olunur ki, 17 ildir ən çox sevilən qadın sabiq xarici işlər naziri Hillari Klinton olub. Bu il isə Hillari Klinton ən çox sevilən qadınların siyahısında 3-cü olub. Amerikanın birinci xanımı Melena Tramp isə bu siyahıda 2-ci yerdə qərarlaşıb.
Şirkət tərəfindən təşkil olunan sorğuda ən çox bəyənilən kişi isə Barak Obama olub. Ən çox bəyənilən kişilər sırasında növbəti yerlərdə isə ABŞ-ın keçmiş prezidentləri Donald Tramp, Corc Buş və "Micrasoft"un qurucusu Bill Qeyts qərarlaşıb.