Bakıda sürücüsüz nəqliyyat vasitələri olacaq
28.12.2018
Azərbaycanda şəhərdaxili sərnişindaşımada Avtonom (sürücüsüz) nəqliyyat vasitələrindən istifadə olunması planlaşdırılır.
"Dövran Media"nın məlumatına görə, bu barədə məlumat "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün” Dövlət Proqramında yer alıb.
2019-2023-cü illərdə Azərbaycanda (konkret olaraq Bakı şəhərində) avtonom nəqliyyat vasitələrindən şəhərdaxili sərnişindaşımada, habelə əyləncə-turizm məqsədilə istifadə üçün pilot ərazilərin təyin edilməsi və burada həmin nəqliyyat vasitələrinin hərəkətinin təşkili məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi və digər təşkilati-hüquqi məsələlərin həlli ilə bağlı təkliflər hazırlanması müxtəlif dövlət qurumlarına tapşırılıb.