Ötən gün gecə saatlarında Bakının Keşlə qəsəbəsində güllələnmə baş verib.
"Dövran Media" xəbər verir ki, hadisə 10 TO 170 dövlət nömrə nişanlı "Hunday Elantra” markalı avtomobildə baş verib.
Report-un məlumatına görə, hadisə kriminal qruplaşmalar arasında "hesablaşma” zəminində olub.
"Avro renta car” şirkətinə məxsus avtomobildə əvvəllər məhkum olunmuş 27 yaşlı Tural Babayev və 31 yaşlı Asif Bağırov naməlum şəxs tərəfindən güllələnib. T.Babayev ölüb, A.Bağırov isə yaralı vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.