Səudiyyə kralı bu nazirləri istefaya göndərdi
27.12.2018
Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz hökumətdə dəyişikliklər edib.
"Dövran Media" xəbər verir ki, kral xarici işlər naziri Adil Cübeyrin yerinə İbrahim Əl Assafı xarici siyasət qurumunun rəhbəri təyin edib.
Kralın əmri ilə həmçinin Abdullah bin Bəndər bin Əbdüləziz yeni milli təhlükəsizlik naziri, Türki Şabana isə mətbuat naziri təyin edilib.
Səudiyyə kralı eyni zamanda yeni təhlükəsizlik və siyasət şurasının yaradılması ilə bağlı göstəriş verib.