İlin ən çox qazanan idmançıları - SİYAHI
27.12.2018
"Forbes" 2018-ci ilin ən çox qazanan idmançılarının siyahısını dərc edib.
2017-ci ilin iyunundan 2018-ci ilin iyunu arasındakı maaş, sponsor gəlirləri və əlavə bonuslar hesablanaraq aparılan araşdırmaya əsasən, ilk onluqda 3 futbolçu yer alıb.
ABŞ boksçusu Floyd Meyvezerin 285 milyon dollarla birinci olduğu siyahıda Argentina millsinin və "Barselona"nın hücumçusu Lionel Messi (111 milyon) ikinci pillədə yer alıb. Portuqaliya yığmasının və "Yuventus"un oyunçusu Kriştianu Ronaldu 108 milyon dollarla üçüncü olub. Neymar (Braziliya, PSJ) isə 90 milyon dollarla siyahının 5-ci pilləsində qərarlaşıb.
2018-ci ilin ən çox qazanan idmançılarının siyahısı
1.Floyd Meyvezer (ABŞ, boks) - 285 milyon dollar
2. Lionel Messi (Argentina, futbol) - 111 milyon dollar
3.Kriştianu Ronaldu (Protuqaliya, futbol) - 108 milyon dollar
4.Konor Makqreqor (İrlandiya, qarışıq üslubda (MMA) döyüşçü) - 99 milyon dollar
5.Neymar (Braziliya, futbol)- 90 milyon dollar
6.Lebron Ceyms (ABŞ, basketbol)- 85.5 milyon dollar
7.Roqer Federer (İsveçrə, tennis) -77.2 milyon dollar
8.Stefan Karri (ABŞ, basketbol) - 76.9 milyon dollar
9. Matt Ryan (ABŞ, Amerika futbolu) -67.3 milyon dollar
10.Mettyu Stafford (ABŞ, Amerika futbolu) - 59.5 milyon