Tramp: ABŞ İsrailə milyardlarla dollar göndərir
27.12.2018
ABŞ prezidenti Donald Tramp İraq səfəri zamanı Suriya ilə bağlı verdiyi bəyanatda İsrail-ABŞ münasibətlərinə toxunub.
"Dövran Media" xəbər verir ki, jurnalistlərdən biri ABŞ hərbi kontingentinin Suriyadan çıxarılacağı təqdirdə, ABŞ-ın ən yaxın müttəfiqi olan İsrailin təhdid altında qala biləcəyi ilə bağlı bəyanatını şərh etməsini xahiş edib.
"Mən bunu fərqli görürəm. Bibi (Binyamin Netanyahu) ilə söhbət etmişəm. Ona bu haqda danışmışam. Bilirsiniz, biz İsrailə ilə 4,5 milyard dollar yardım göndəririk. Onlar özlərini qorumağı yaxşı bacarır, buna əmin ola bilərsiniz”,- deyə Tramp bildirib.
Tramp ABŞ-ın bundan sonra da İsrailə dəstəyi davam etdirəcəyini əmin edərək, əslində, ABŞ-ın İsrailə yardımının açıqlanan məbləğdən çox olduğuna eyham vurub.
Bu arada, İsrail mediası Trampın bu bəyanatından səhv tutub. Məlumata əsasən, hazırda Vaşinqtonun İsrailə illik hərbi yardım paketi 3,8 milyard dollar təşkil edir.