Müəllim qumbara ilə intihar etdi - Gədəbəydə
27.12.2018
Gədəbəydə müəllim intihar edib.
"Dövran Media"nın məlumatına görə, 1974-cü il təvəllüdlü Nemət İlyas oğlu Bayramov əl qumbarasını əlində partladaraq həyatına son qoyub.
Qeyd edək ki, Nemət Bayramov peşə liseyinin müəllimi olub.
Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.