Yaponiyada iki nəfər edam edildi
27.12.2018
Yaponiyada iki nəfər edam olunub.
"Dövran Media" xəbər verir ki, bu barədə məlumatı Yaponiyanın Ədliyyə Nazirliyi yayıb.
Kyodo informasiya agentliyinin məlumatına görə, ölüm hökmü ilə cəzalandırılan iki nəfər edam edilib.
Onlardan biri investisiya məsləhətçisi olan 67 yaşlı Hiroya Suemori, digəri isə 60 yaşlı Keizo Okamotodur.
Cinayətlərin hər ikisi 1988-ci ildə törədilən qətl və oğurluq hadisəsinə görə saxlanılıb.
Qeyd edək ki, hazırda Yaponiyada 109 nəfər ölüm hökmü ilə cəzalandırılıb.