21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Masonların yeni planı: Ərdoğanı devirmək və...

26.12.2018

Dünya siyasətində, beynəlxalq əlaqələrdə bəzi əsaslar var ki, dəyişməz qalır. İslam düşmənləri islam coğrafiyasını çox yaxşı öyrəniblər. Sosioloqlar, tarixçilər, teoloqlar Orta Şərq coğrafiyasını bölgələr, mövzular əsasında öyrənib mənimsəyiblər. Buna iki yüz il əvvəldən başlayıblar.
"Dövran Media" xəbər verir ki, bunu "Taymtürkə” açıqlamasında suriyalı kürd alim Mustafa Müslüm deyib.
"Ərəb-islam dünyasının qapısı Misirdir, türk və islam dünyasının ənənəvi qapısı isə Türkiyədir. Misirdən nə girsə, bütün ərəb ölkələrinə yayılacaq. Türkiyədən isə nə girsə bilin ki, qısa zaman sonra bunun nəticəsi özünü ərəb ölkələrindən birində, Pakistanda, İranda göstərəcək. Buna görə də bu iki ölkəyə xüsusilə diqqətlərini artırıblar”, - deyə o bildirib.
Onun sözlərinə görə, Misir Prezidenti Məhəmməd Mursini devirənlər bu gün hədəf olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı seçiblər:
"Mursi Misirdə keçirilən şəffaf və demokratik seçki ilə prezident oldu. Onun hakimiyyətə gəlməsindən sonra demokratik təcrübənin bütün ərəb-islam dünyasına yayıldığını gördülər. Buna görə də masonlar, sionistlər və digərləri əl-ələ verib, Mursiyə hücum etdilər. Ərəb dünyasının özünü idarə edə bilməməsi üçün hər cür müharibəyə hazırdırlar. Ona görə də indi bütün gözlər Türkiyənin üzərindədir. Mursini devirib, hədəfə Ərdoğanı qoydular”.