Bu ölkədə balina ovuna icazə veriləcək
26.12.2018
Yaponiya hökuməti Balinaların ovlanması ilə bağlı beynəlxalq komissiyanı tərk edəcəyini açıqlayıb.
"Dövran Media" xəbər verir ki, bununla bağlı "Kyodo” agentliyi məlumat yayıb.
Tokionun bu addımı balina ovuna icazə veriləcəyi anlamına gəlir. Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosixide Suqanın sözlərinə görə, Yaponiya 30 ildən çoxdur komissiyanın tələblərini yerinə yetirir, ancaq alimlər artıq bu məməlilərin kifayət qədər olduğunu təsdiqləyiblər.
Suqa qeyd edib ki, ovlanma yalnız Yaponiyanın su sərhədləri daxilində həyata keçiriləcək.
Balinaların ovlanmasının qadağan edilməsi 1982-ci ilə təsadüf edir. Bu qadağaya baxmayaraq, Yaponiya tibbi eksperiment adı altında çox sayda balinanı ovlayıb, bu isə ekoloqların etirazlarına səbəb olub.