Oqtay Əsədov Ruhani ilə görüşdü
25.12.2018
Milli Məclisin (MM) sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti İranda səfərdədir.
"Dövran Media" xəbər verir ki, dekabrın 25-də nümayəndə heyəti İran prezidenti Həsən Ruhani ilə görüşüb.
Görüşdə ölkələrimiz arasındakı münasibətlərin mövcud vəziyyəti və perspektivləri müzakirə olunub.
Qeyd edilib ki, İranla Azərbaycan arasındakı münasibətlər tarixi köklərə və ənənələrə söykənir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.