Azərbaycanın üç idmançısı dopinqə görə cəzalandırıldı
25.12.2018
Azərbaycanın daha üç idmançısı dopinqdən istifadəyə görə cəzalandırılıb.
Azərbaycan Milli Anti-Dopinq Agentliyindən (AMADA) verilən məlumata görə, velosipedçi Ramazan Əliyev 33 aylıq, ağırlıqqaldıranlar - Emin Qocayev və Rəcəb Mustafayev isə 48 ay müddətinə diskvalifikasiya olunub.
Bununla da AMADA tərəfindən cəzalandırılan idmançıların sayı 39-a çatıb.