21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

İcbari tibbi sığorta haqlarının ödənişi belə olacaq

25.12.2018

İcbari tibbi sığorta haqları ilə bağlı "Tibbi sığorta haqqında” qanuna dəyişikliklərin edilməsi təklif olunur.
Trend-in məlumatına görə, yeni təkliflər xidmətlər zərfinin baza hissəsi üzrə təqvim ili üçün adambaşına 29 manat sığorta haqqının ödənilməsini nəzərdə tutur.
Xidmətlər zərfinin əlavə hissəsi üzrə təklif edilən ödənişlər kateqoriyalardan asılı olaraq, dəyişir.
Xidmətlər zərfinin əlavə hissəsi üzrə Milli Məclis, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təyin olunan şəxslər, həmçinin seçkili ödənişli vəzifədə işləyən şəxslər üçün sığortalı tərəfindən hesablanmış əməyin ödənişi fondunun 2 faizi, sığortaolunan tərəfindən işçinin əməkhaqqının 2 faizi qədər sığorta haqqı təklif edilir.
Xidmətlər zərfinin əlavə hissəsi üzrə eyni sığorta haqqı məbləği neft-qaz sahəsində fəaliyyət göstərən və dövlət sektoruna aid edilən sığortalılarda Əmək Məcəlləsinə uyğun olaraq, bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsinə əsasən, işləyən şəxslərə də aid edilməsi təklif edilir.
İşləməyən və sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan hallarda - 18 yaşınadək şəxslər, peşə, orta ixtisas və ya ali təhsil müəssisələrində əyani təhsil alan 23 yaşınadək Azərbaycan vətəndaşları, əmək pensiyası alan, sosial müavinət almaq hüququna malik olub əmək qabliyyəti olmayan şəxslər, ünvanlı sosial yardım alan ailənin üzvləri, hamilə qadınlar, doğuşdan sonrakı dövr üçüb ödənişli sosial məzuniyyətdə olan qadınlar, qismən ödənişli sosial məzuniyyətdə olan qadınlar üçün xidmətlər zərfinin əlavə hissəsi üzrə illik ödənişin adambaşına 120 manat olması təklif edilib.
Layihəyə görə, icbari tibbi sığortanın maliyyə mənbələri icbari tibbi sığorta haqları, dövlət büdcəsinin vəsaiti, subroqasiya hüququnun istifadəsi nəticəsində əldə edilən gəlirlər, icbari tibbi sığorta üzrə sərbəst vəsaitlərin investisiyaya yönəldilməsi nəticəsində əldə edilən gəlirlər, "İcbari sığortalar haqqında” nəzərdə tutulmuş təqvim haqqından ayırmalar, "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nətiəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanununda nəzərdə tutulmuş sığorta haqqından ayırmalar, "Qrant haqqında” qanuna uyğun verilən qrantlar, ianələr və yardımlar, azadolma məbləği və bu qanunun tələblərinin pozulması ilə bağlı tətbiq olunan cərimələrdən və hesablanmış faizlərdən daxilolmalardır.