Ehtiyatlı olun!
24.02.2018
Ağdam RPŞ əməkdaşları tərəfindən rayon sakini İsmayılov Elman İsmayıl oğlunun idarə etdiyi minik avtomobili Albəyli kəndi ərazisində saxlanılaraq baxış keçirilib. Baxış zamanı avtomobilin yük yerində dərisi soyulmamış 1 baş atın şaqqalara bölünmüş cəmdəyi aşkarlanıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən bildiriblər ki, rayon Polis Şöbəsinin müraciəti əsasında Ağdam Rayon Baytarlıq İdarəsinin əməkdaşları İsmayılov Elman İsmayıl oğlunun idarə etdiyi minik avtomobilinin yük və salon yerində antisanitar şəraitdə daşınan, üfunətli iy verən və sağlamlığına dair heç bir sənədi olmayan, dərisi soyulmamış at ətindən nümunələr götürüblər. Nümunələr müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Həmçinin baytarlıq haqqında qanunvericiliyi pozduğuna görə mal sahibi barədə akt tərtib edilib.
Hadisə ilə bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırmalar aparılır.
Ət alarkən ehtiyatlı olun!