13 minlik ASO Türkiyədən “Girin” əmrini gözləyir
25.12.2018
Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Menbiç cəbhəsində hücum üçün son hazırlıqları da tamamlayıb.
"Dövran Media" xəbər verir ki, əməliyyat üçün Afrin, Azez, Cerablus, Əl Bab və Mare bölgəsindən gələn ASO döyüşçülərinin sayı 13 minə çatıb.
"Türkiyənin müəyyən etdiyi plan daxilində Menbiçə girəcəyik. Türk qardaşlarımızla birlikdə sərhəddə mövqe tutmuşuq. Yalnız "Girin!” əmrini gözləyirik”, - ASO sözçüsü Yusif Hamud bildirib.
Qeyd edək ki, ötən gün ASO tabeliyindəki Həmzə briqadasının təlimləri başa vuran birləşmələrini ağır zirehli maşınlarla YPG-PKK və Əsəd rejimi qüvvələri ilə sərhəd bölgəsinə yönəltdiyi açıqlanmışdı.