Rusiyanın qapısını artıq sistemdaxili böhran döyməyə başlayıb.
"Dövran Media" xəbər verir ki, bunu "Obozrevatel” saytına açıqlamasında ukraynalı politoloq Kiril Sazonov deyib.
Onun sözlərinə görə, hələlik sistem böhranı problemi Rusiya KİV-ləri tərəfindən səylə gizlədilir:
"Bu gün Rusiya yalnız Prezident Vladimir Putinin səyləri sayəsində bütöv formada qalır. Putinin ölümü Rusiyanın parçalanmasında katalizator rolunu oynayacaq. Bir tərəfdən Qafqazda çoxlu problemlər başlanıb, digər tərəfdən isə Çin Sibirin bir hissəsinə iddia edir. İnquşetiya və Çeçenistanın böyük problemləri var”.