21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Avstriya Prezidenti türklərin məsələsinə yenidən baxılmasını tələb edib

24.12.2018

Avstriyanın Federal Prezidenti Aleksander Van der Bellen ikili vətəndaşlığa sahib olduqlarına görə Avstriya vətəndaşlığı ləğv olunmuş şəxslərin məsələsinə yenidən baxılmasını tələb edib
Dövlət başçısı yerli mətbuata verdiyi açıqlamada qeyd edib ki, Konstitusiya Məhkəməsinin yararsız dəlil kimi dəyərləndirdiyi siyahı əsasında insanların vətəndaşlığının ləğv edilməsi xoşagəlməzdir və buna görə də artıq hüquqi qüvvəyə minmiş hallara yenidən "Dövran Media" AzərTac-a istinadən xəbər verir ki, Avstriyanın Daxili İşlər Nazirliyindən dövlət başçısının açıqlaması ilə bağlı verilən bəyanatda isə qüvvədə olan qanunvericiliyin nəzərə alınmalı olduğu qeyd edilib. Həmin şəxslərin qərardan şikayətvermə hüququ olduğu bildirilib və Konstitusiya Məhkəməsinin məlum qərarından sonra vətəndaşlığın ləğv edildiyi halların yenidən yoxlanıldığı bildirilib.
Qeyd edək ki, türk əsilli yüzdən artıq şəxsin Avstriya vətəndaşlığı Türkiyənin seçici siyahıları əsasında ləğv edildikdən sonra Avstriya Konstitusiya Məhkəməsi mühüm qərar vermişdi.