Şahdağ Turizm Mərkəzinə yeni rəhbər təyin edilib
24.12.2018
Dövlət Turizm Agentliyi yanında "Şahdağ Turizm Mərkəzi” QSC-nin İdarə Heyətinə yeni sədr təyin edilib.
"Dövran Media" Report-a istinadən xəbər verir ki, bu, Almaniya vətəndaşı Rodderix Mark Lefflerdir.
O, sədr vəzifəsində Rüstəm Nəcəfovu əvəz edib.
Yeni menecerin otel biznesində böyük təcrübəsinin olduğu, aparıcı beynəlxalq mehmanxana şəbəkələrində işlədiyi bildirilir.
Xatırladaq ki, "Şahdağ Turizm Mərkəzi” də zərərlə işləyən dövlət şirkətlərindəndir. Mərkəz 2017-ci ilin maliyyə hesabatını açıqlamasa da, 2016-cı ilin yekununda 5 mln. manatdan artıq yığılmış zərərə malik olub.