ABŞ ordusu GBU-57 (Massive Ordnance Penetrator) bombasını sınaqdan keçirib.
"Dövran Media" xəbər verir ki, supergüclü bombaları Missuri ştatındakı "Vaytmen” bazasından havaya qalxan B-2 Spirit strateji bombardmançı təyyarəsi buraxıb.
Bomba müdafiəsi gücləndirilmiş yerüstü hədəfləri məhv etmək üçün nəzərdə tutulub. Bombanın ağırlığı 13.6 tona bərabərdir. O, yerin 61 metr dərinliyinə qədər enmək və 19 metr qalınlığında dəmir-betonu məhv etmək iqtidarındadır.