“Zeytun budağı” əməliyyatından SON MƏLUMAT
24.02.2018
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində keçirdiyi "Zeytun budağı” əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 1931 nəfərə çatıb.
Bu barədə Türkiyə SQ Baş Qərargahı xəbər yayıb.
Məlumatda bildirilir ki, son sutkada 58 terrorçu məhv edilib.
Qeyd edək ki, Baş Qərargahın terrorçulardan azad edilən məntəqələrin sayı ilə bağlı ötən gün açıqladığı son rəqəm 100 olub.
"DM"