ABŞ İŞİD-lə mübarizə üçün yeni ölkə seçdi
23.12.2018
ABŞ-ın xarici işlər naziri Mayk Pompeo İŞİD-lə mübarizəni uğurla başa çatdırmaq üçün ölkəsinin İraqa yardım edəcəyini deyib.
"Dövran Media" Sputnik Azərbaycan-a istinadən bildirir ki, ötən gün Pompeo İraq prezidenti Bərhəm Salih və bu ölkənin baş naziri Adil Abdulmehdi ilə telefonla danışıqları zamanı belə vəd verib. Pompeonun köməkçisi Robert Palladino telefon danışıqlarının hər iki İraq rəsmisi ilə ayrılıqda reallaşdırıldığını bildirib.
Robert Palladino bildirib ki, telefon danışıqları zamanı İŞİD-lə mübarizədə Suriyada əldə edilən nailiyyətlərdən də söz açılıb. Məlumata görə, söhbət əsnasında Pompeo ABŞ-ın İraqa iqtisadi yardımı məsələsi haqda da danışıb.
Xatırladaq ki, ötən gün Ağ Ev rəhbəri Donald Tramp ölkəsinin İŞİD-ə qarşı uğurla mübarizə apardığını və əsgərlərini Suriyadan geri çağrılacağını bəyan etmişdi.