ABŞ-ın bu qərarını alqışlayıram - Slutski
23.12.2018
ABŞ-ın Suriyadan çəkilmək barədə verdiyi qərar doğrudur.
"Dövran Media" xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski Teleqram hesabında yazıb. O, ABŞ-lı əsgərlərin dəfələrlə Əfqanıstan və İraqdan geri çəkildiklərini, çox güman ki, Suriyada da eyni vəziyyətin təkrarlana biləcəyini söyləyib:
"Vaşinqtonun hərbçilərini Suriyadan geri çəkməsi ilə bağlı açıqlamasını alqışlayıram. Suriyadakı həll prosesi və siyasi sabitlik baxımdan qərar doğrudur, lakin həqiqətən də tətbiq edilməlidir”.