“Keşlə” dörd futbolçu ilə yollarını ayırdı
22.12.2018
"Dövran Media" klubun rəsmi saytına istinadən xəbər verir ki, Ebrima Sohna, Bahodir Nəsimov və Georgios Georgiadis arasında müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Bundan başqa, Herve Tçami ilə başa çatan müqavilənin müddəti uzadılmayıb.
Qeyd edək ki, Sohna və Tçami bu ilin qışında, Nasimovla Georgiadis isə bu mövsümün əvvəlində "Keşlə"yə transfer olunmuşdu.