Karapetyan Köçəryana qarşı ifadə verdi
22.12.2018
Ermənistan Baş nazirinin müşaviri Arşak Karapetyan eks-prezident Robert Köçəryanın əleyhinə ifadə verib.
"Dövran Media" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Köçəryanın vəkili Ayk Alumyan deyib. Onun sözlərinə görə, Köçəryan Karapetyanın onun haqqında verdiyi ifadələrin hamısını yalan adlandırıb.
Qeyd edək ki, Karapetyan Aprel savaşında Ermənistan ordusunun kəşfiyyat rəisi olub. Aprel döyüşlərində məğlubiyyətdən dərhal sonra Serj Sərkisyan onu vəzifəsindən azad edərək, Rusiyaya hərbi attaşe göndərib.
Bir müddət öncə isə Paşinyan Karapetyanı özünə hərbi müşavir edib.