21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Hulusi Akardan Yunanıstana sərt mesaj: "Ağıllı olun"

22.12.2018

Türkiyənin milli müdafiə naziri Hulusi Akar bəyanatla çıxış edib.
"Dövran Media" xəbər verir ki, bəyanatda deyilir:
"Egey, Aralıq dənizlərində, Kıbrısda edilən provokasiyaların əks-təsirinin olmayacağını hər kəsin bilməsi lazımdır. Hər kəsin təhriklərdən, provokasiyalardan uzaq durması, əks təqdirdə bunun əvəzinin ağır olacağını bilməsi lazımdır.
Hər kəsin ağlını başına toplaması, hər hansi bir macəraya səbəb verməməsi gərəkdir. Ən səmimi, ciddi tövsiyələrimiz bunlardır”.
***
Qeyd edək ki, Hulusi Akar bu bəyanatla Əfqanıstanın paytaxtı Kabildə olarkən çıxış edib. O, daha öncə Qatar və Pakistanda olub.
General son vaxtlar Türkiyənin ətrafında önəmli hərəkətlənmələrin olduğuna, bunların hər ötən gün sürətlə dəyişildiyinə diqqət yetirib.
Hərəkətlənmələri yaxından izlədiklərini vurğulayan Hulusi Akar 81 milyon insanın təhlükəsizliyinin Türkiyə Silahlı Qüvvələri üçün əsas olduğunu qeyd edib.
"Fərat Qalxanı” və "Zeytun budağı” kimi əməliyyatları uğurla həyata keçirdiklərini xatırladan Hulusi Akar Mosulda, Hələbdə, Şərqi Qutada, Rakkada əməliyyatlardan öncə və sonra çəkilmiş fotoları baxmağı məsləhət görüb.
Hulusi Akar gərginliyin artırılmasının heç kimə faydasının olmadığını bildirib: "Egeydə, Aralıq dənizində gərginliyin artırılmasından hər kəsin uzaq durmasının ölkələrimizin lehinə olduğunu da bir daha ifadə etmək istəyirəm”.
Türkiyənin milli müdafiə naziri səfər zamanı Əfqanıstan Prezidenti Əşrəf Qani ilə də görüşüb.
Həmçinin, o, məşhur əfqan siyasi xadim, general Rəşid Dustumla da bir araya gəlib.