General HƏBS EDİLDİ
22.12.2018
Özbəkistanın eks-prezidenti İslam Kərimovun təhlükəsizlik xidmətinin keçmiş rəhbəri general-mayor Muicona Toxiriy həbs edilib.
"Dövran Media" xəbər verir ki, bu barədə Özbəkistan Baş Prokurorluğu məlumat yayıb.
Hazırda Toxiriylə bağlı istintaq tədbirləri aparılır.
Qeyd edək ki, Toxiriy 2013-cü ildən 2016-cı ilə qədər Kərimovun təhlükəsizlik xidmətinin rəhbəri olub. Bundan öncə isə o, Özbəkistanın "boz kardinal"ı sayılan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Rüstəm İnayətovun müavini kimi fəaliyyət göstərib.