İrandan Trampın Suriya qərarına - Reaksiya
22.12.2018
ABŞ ordusunun Yaxın Şərqdə mövcudluğu əvvəldən səhv idi.
"Dövran Media" xəbər verir ki, bu sözləri öz Teleqram səhifəsində İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasımi paylaşıb.
"ABŞ qoşunlarının regionda olması əvvəldən səhv, irrasional, gərginlik yaradan, qeyri-stabillik formalaşdıran addımlardan biri idi”, – deyə o bildirib.
Qeyd edək ki, Tramp ABŞ qoşunlarının Suriyadan çıxarılması haqqında qərar qəbul edib.