Dünya milyarderləri yarım trilyon itirdilər
22.12.2018
2018-ci ildə dünyanın ən zəngin biznesmenlərinin sərvəti 511 milyard azalıb.
"Dövran Media" xəbər verir ki, bu barədə "Blumberq” agentliyi məlumat yayıb.
Məlumata görə, dünyanın 500 ən zəngin milyarderinin sərvəti 4,7 trilyona qədər geriləyib. Amerikalı milyarderlərin sərvəti cari ildə 5,9% azalıb və1,9 trilyon dollar olub. Asiyalı biznesmenlərin sərvətində isə 144 milyard dollarlıq azalma müşahidə edilib.
Rusiyalı milyarderlərin sərvətində də geriləmə qeydə alınıb. Belə ki, 25 rus milyarderin sərvəti cari ildə 225 milyarda qədər azalıb.