NATO öz prioritetlərini AÇIQLADI
22.12.2018
NATO-nun yaxın gələcəkdə prioritetləri Rusiya ilə münasibətlər, Ukrayna konflikti, terrorizm və kiberhücumlarla mübarizədir.
"Dövran Media" xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.
"NATO-nun hədəfi müəyyən çağırış və təhdidlərə eyni anda hazır olmaqdır. Biz terrorizm, kiberhücumlar və ya Rusiya arasında seçim etmək şansını özümüzə verə bilmərik. Biz gərək bu çağırışların hamısına dərhal cavab verək. Rusiya NATO-nun öz hərbi xərclərini artırma səbəblərindən biridir. NATO-nun gücü daima təkamül edən dünyada dəyişmək qabiliyətindən asılıdır” – deyə o bildirib.