Millimizə 3 qol vuran futbolçu ilin ən yaxşısı oldu
21.12.2018
Kosovoda 2018-ci ilin ən yaxşı futbolçusunun adı açıqlanıb.
"Dövran Media" xəbər verir ki, Hollandiyanın "Herenven" klubunda çıxış edən Arber Zeneli bu ada layiq görülüb.
Qeyd edək ki, 23 yaşlı yarımmüdafiəçi Millətlər Liqasının qrup mərhələsinin son turunda yığmamızla həlledici görüşdə (4:0) het-trik edib. Bu qələbə ilə Kosovo pley-offa yüksəlib.