Ərdoğan: Ruhaniyə də dedim, orada gözümüz yoxdur
21.12.2018
Bizim Suriya torpaqlarında gözümüz yoxdur.
"Dövran Media" xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Suriyadan bizə qarşı yönələn terror hücumlarına isə mövqeyimiz qətidir, güzəştə gedə bilmərik. Bunları Ruhaniyə də söylədim. Bölgənin təhlükəsizliyi bizim üçün əsasdır. Həm Rusiya, həm də İranla birlikdə bunu təmin etmək niyyətindəyik”, - Ərdoğan bildirib.