Millimizin yeni baş məşqçisinin adı AÇIQLANDI
21.12.2018
Sərbəst güləş üzrə millimizin yeni baş məşqçisinin kimliyi bilinib.
"Dövran Media" bildirir ki, bu, dağıstanlı Saypulla Absaidov olacaq.
Qeyd edək ki, Absaidov bunadək gənclərdən ibarət millimizin baş məşqçisi idi. O, 2009-2013 və 2014-2016-cı illərdə böyüklərdən ibarət millinin baş məşqçisi olub.
Saypulla Absaidovdan əvvəl bu vəzifəni Firdovsi Umudov yerinə yetirirdi. Umudov federasiyada sərbəst güləş üzrə vitse-prezident vəzifəsini icra edəcək.