Türkiyədə yerli istehsal "Bora" idarəolunan raketlərinin sınaq görüntüləri Yunanıstan mətbuatında "türklərin yeni meydanoxuması” kimi təqdim olunub.
"Dövran Media" xəbər verir ki, bu barədə Yunanıstanın "Skay” televiziyası məlumat yayıb.
"Türkiyənin "Bora” raketi 280 kilometr məsafədəki hədəfi uğurla vurub. Bu, Türkiyənin yeni bir meydanoxumasıdır”, - telekanalın yayımladığı xəbərdə deyilib.
Qeyd edək ki, "Bora” raketlərinin yaradılması Yunanıstan mətbuatında "Türkiyə Afinanı vuracaq gücə çatdı” başlığı ilə təqdim edilib. Belə ki, İzmirlə Yunanıstan arasındakı məsafə 230 kilometr, "Bora” raketinin mənzili isə 280 kilometrə bərabərdir.